Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:24

Tehran sanksiyaların ona təsir etmədiyini deyir


İranın ticarət naziri Mehdi Qəzənfəri beynəlxalq sanksiyaların ölkənin ticarət əlaqələrinə ziyan vurması fikrini inkar edib.

İran Ticarət Palatasının sədri Məhəmməd Nahavəndiyan bir neçə gün bundan əvvəl bildirmişdi ki, artıq sanksiyalar ölkə iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb.

İran nüvə proqramıyla bağlı beynəlxalq aləmlə əməkdaşlıqdan imtina etdiyinə görə, BMT-nin təhlükəsizlik şurası ona qarşı yeni sanksiyalar tətbiq edib.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə dutuluduğunu deyir.
XS
SM
MD
LG