Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:37

Korrupsiya istehsalın modernləşməsini öldürür


Korrupsiya istehsalın modernləşməsi stimulunu öldürür. “Forbes” jurnalında Rusiyadakı mövcud investisiya mühitinin təhlili ilə bağlı yazıda belə deyilir. Rusiya iqtisadi məktəbinin rektoru hesab edir ki, hazırda bu ölkədə həm mülkiyyət hüququ, həm də infrastruktur vergilər tərəfindən çox pis müdafiə olunur.

KORRUPSİONERLƏR DƏ SƏMƏRƏLİLİK HAQQINDA FİKİRLƏŞİRLƏR

Müəllifə görə, bu zaman vergini azaltmaqla investisiya cəlbediciliyini artırmaq haqqında fikirləşmək də yersizdir. Axı korrupsionerlər də səmərəlilik haqqında fikirləşirlər.

Belə ki, onlar hesab edirlər ki, vergilər aşağı salınanda daha çox rüşvət almaq olar. Bu baxımdan da müəllif hesab edir ki, vergilərin aşağı salınması korrupsiyaya qarşı mübarizədə heç nəyi dəyişməyəcək:

“Korrupsiya təhlükəlidir. Ona görə ki, o istehsalın yüksəlməsinə qoyulan investisiya stimulunu öldürür”.

GƏLİRLƏRİN HAMISINI ƏLLƏRİNDƏN ALACAQLAR?

Bu səbəbdən də Rusiyadakı istehsalçılar çox böyük ehtimalla hesab edirlər ki, vergilərin azaldılması ilə korrupsiyalaşmış məmurlar və reyd keçirənlər onların bütün əlavə gəlirlərinin hamısını əllərindən alacaqlar.

Müəllifə görə, bunun üçün yenidən velosiped icad eləmək lazım deyil. Bütün ölkə üzrə yaxşı investisiya mühiti, aşağı korrupsiya, yaxşı maliyyə sistemi və yüksək səviyyəli özəl investisiya mövcud olmalıdır.

Belə olmayacağı halda nə dövlətin birbaşa investisiya layihələri, nə də vergi güzəştləri korrupsiyaya qarşı mübarizəni dəyişə, maliyyə sisteminin inkişafına səbəb ola biləcək.

SSRİ NİYƏ İFLASA UĞRADI?

Müəllif hesab edir ki, yalnız özəl investisiya ölkədə innovasiya və yüksək istehsala gətirib çıxara bilər:

“Biz artıq investisiyaların dövlət tərəfindən qoyulduğu ölkədə yaşamışıq. Bu ölkə innovasiya yarışmasında kapitalist Qərbə uduzan Sovet İttifaqı olub. Və nəhayət, sovet iqtisadiyyatı yeni texnologiyalar yarada və hətta onlara uyğunlaşa bilmədi. Nəticədə SSRİ-də iqtisadi artım dayandı və ölkə iflasa uğradı”.

Müəllifə görə, yaxşı işləyən banklarla maliyyə bazarları investisiya və iqtisadi inkişaf üçün son dərəcədə vacib amildir.

/Sayta hazırladı Maarif Çingizoğlu/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG