Yəmən hökuməti Birləşmiş Ştatlara iki bağlama partlayıcı qurğu göndərən «əl-Qaidə» yaraqlılarının axtarışına başlayıb. Paytaxt Səna boyunca yoxlama məntəqələri qurulub.
Oktyabrın 29-u Yəməndən ABŞ-a uçan iki yük təyyarəsindən tapılan bağlamalar Çikaqodakı yəhudi icmalarına ünvanlanıbmış.
Bağlamalardan biri Dubayda «FedEx»in, digəri isə Londonda «United Parcel Service» (UPS) yükdaşıma şirkətinin təyyarəsindən tapılıb. Hər iki şirkət müvəqqəti olaraq Yəməndən yükdaşımaları dayandırıb.
Rəsmilər bildirib ki, bağlamada printer üçün kartriclər olub, ona isə məftillər vasitəsilə elektrosxem bərkidilibmiş. Bundan başqa, bağlamaların içində toz aşkarlanıb.
ABŞ prezidenti Barak Obama bildirib ki, təhlükəli bağlamalar barədə ona oktyabrın 28-də məlumat verilib. Obama bağlamaları «həqiqi terror təhlükəsi» adlandırıb və qeyd edib ki, Vaşinqton bütün səylərini «əl-Qaidə»nin Yəməndəki qanadının zərərsizləşdirilməsinə yönəldəcək.
ABŞ prezidentinin terrorla mübarizə üzrə məsləhətçisi Con Brennan bağlamaların aşkarlanmasında Səudiyyə Ərəbistanının xüsusi köməyinin olduğunu deyib. O qeyd edib ki, təhlükənin qarşısının alınmasında Səudiyyə Ərəbistanın təqdim etdiyi məlumatlar onlara yardım edib.
Dubay polisi da bağlamalarda tapılan partlayıcı qurğularda «əl-Qaidə»nin əlamətlərini tapıb.
İlkin yoxlamalar nəticəsində bağlamalarda PETN (pentrit) partlayıcısının olması müəyyənləşib. 2009-cu il dekabrın 25-də Umar Faruk Abdulmutallib də Amsterdamdan Detroyta uçan təyyarəni həmin maddə ilə partlatmaq istəyib.
ABŞ Milli Təhlükəsizlik Nazirliyi aeroportlarda yüklərin yoxlamasını sərtləşdirib.
«Əl-Qaidə» lideri Usamə bin Ladenin ata-baba yurdu olan Yəməndə son illər radikal islamçı yaraqlılar artıb.