Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:50

Rusiya yeni qitələrarası raketini sınaqdan keçirdi


Rusiya hərbi dəniz donanması Bulava adlı qitələrarası raketi sınaqdan çıxardığını bildirir. Rsuiay hökuməti bu raketi özünün gələcək nüvə arsenalına daxil etmək istəyir.

Bu yayılan rəsmi məlumatda deyilir ki, raketin sınağı Finlandiya yaxınlığında dənizdə həyata keçirilib. Raket 6000 kilometr məsafədə Kamçatka yarımadasındakı hədəfi vurub.

Olduqca bahalı olan bu layihə son vaxtlar Rusiya üçün bir xəcalət mənbəyinə çevrilmişdi. Çünki bundan əvvəl Rusiya hərbçiləri raketi buraxmaq üçün 13 dəfə cəhd etmiş, bunun yeddisində uğursuz olmuşdular.

Dünən Rusiya Sovet dövründən anbarda qalmış bir neçə raketin də sınağını keçirib.
XS
SM
MD
LG