Keçid linkləri

2026, 18 Oktyabr, bazar, Bakı vaxtı 05:39

Bakıda marşrut avtobusu minik maşını ilə toqquşub

Oktyabrın 29-da Bakıda marşrut avtobusu minik maşını ilə toqquşub 10-dan çox şəxs xəsarət alıb. Yaralılar 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər.

Hadisə Bakının Sabunçu rayonunda baş verib. 198 saylı xətt avtobusu yolun əks istiqaməti ilə hərəkət edən «VAZ-2106» markalı minik maşını ilə toqquşub. Sərnişin avtobusu daha sonra yol kənarındakı evin hasarına çırpılıb.

Hadisə zamanı yaralananlardan biri polis əməkdaşıdır, onun vəziyyətinin ağır, digər yaralıların isə vəziyyətinin orta-ağır olduğu bildirilir./APA/
This item is part of
XS
SM
MD
LG