Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:41

Azərbaycan bir necə avropalı deputatı qara siyahıya sala bilər


Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Parlamentinin bir neçə deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə getməsini araşdırır.

Bunu Trend agentliyinə nazirliyin mətbuat katibi Elxan Poluxov deyib.

O, bildirib ki, bu faktı araşdırmaq üçün müvafiq səfirliklərə tapşırıq veriləcək və fakt təsdiqlənsə, həmin deputatlar nazirliyin "qara siyahısı"na salınacaq.
"Armenia Today"in verdiyi məlumata görə, Avropa Xalq Partiyasının eksperti Nikolas Zilberqlayd, Avropanın "Hay Dat" komitəsinin rəhbəri Hilda Çoboya,
Avropa Parlamentinin deputatları Danien Abad (Avropa Xalq Partiyası) və Mişel Revaz (Avropa Yaşıllar İttifaqı) cümə axşamı Azərbaycanın işğal olunmuş ərazilərinə baş çəkiblər.
XS
SM
MD
LG