Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 13:28

«18 ildir Heydər Əliyev siyasətinin qaynadığı qazanın içində oturmuşam»


Əli Həsənov
Əli Həsənov
“Rusiya bugünkü Azərbaycanın strateji tərəfdaşıdır. Strateji müttəfiqliyin yaranması yolunda mane olan məsələ Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münqaşəsində Rusiyanın birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə etməməsidir. Rusiya birmənalı şəkildə bunu edə bilərmi? Rusiya erməniləri aqressiv adlandırıb, azərbaycanlıların haqq səsisini müafiə edərmi? İstəsə edə bilər. Amma onu etməsi Rusiyanın digər ölkələrlə münasibətlərinin avtomatik korlanmasına gətirib çıxara bilər. Ona görə Rusiya ortaq nöqtəni tutub. Eyni mövqeni Amerika, Fransa tutublar”.

Bunu oktyabrın 28-də “Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

“İRANIN DOSTLARI BİZİM DOSTUMUZDURMU?”

Şöbə müdirinin sözlərinə görə, Azərbaycanla Rusiyanı birləşdirən məsələ daha çoxdur, nəinki ayıran.

Ə.Həsənov bildirib ki, Rusiyanın hansısa dövlətlə münasibətləri ikitərəfli əlaqələrə qətiyyən təsir ertməməlidir:

“Eyni şeyi Amerika, İran, Fransa haqqında demək olar. İranla biz dost, qonşu dövlətik. Amma İranın dostları bizim dostumuzdurmu? İranın dostu Ermənistandır. İranın düşmənləri bizim düşmənlərimizdirmi? İranın düşməni İsrail, Amerikadır. Onlar bizim düşmənimiz deyil”.

Prezident Administrasiyasının rəsmisi hesab edir ki, bəzi parlamentarilərin səsləndirdiyi kimi Rusiya ilə münasibətləri kəsmək Azərbaycanın xeyrinə deyil:

“Mən 18 ildir Heydər Əliyev komandasında və onun siyasətinin qaynadığı qazanın içində oturmuşam. Dövlətlərarası münasibətlər mümkün olanın əldə edilməsi üzərində qurulur. Biz Rusiyanın dünya, regional siyasətinə təsir etmək gücündə deyiliksə, Rusiyanın mövcud siyasətindən Azərbaycanın xeyrinə istifadə edəcəyimiz məsələlərdən yapışıb bu ölkə ilə münasibətlərimizi yaxşılaşdırmalıyıq. Əgər Rusiya ilə münasibətlərlə kəsmək, korlamaq bizim işimizə yarayacaqsa gəlin, bu məsələyə belə qiymət verək. Amma bu gün Rusiya böüyk dövlətdir, dünya siyasətini yönəldən 3-5 dövlətdən biridir. Bu dövləti istəyimizin nəticəsinə gətirə bilmərik”.
XS
SM
MD
LG