Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:25

Obama deyib ki, vədləri yerinə yetirmək üçün vaxt lazımdır


ABŞ prezidenti Barak Obama bildirib ki, 2008-ci ildə seçkiqabağı verdiyi bütün vədləri yerinə yetirmək üçün, onun idarəsi və Demokrat partiyasına daha çox vaxt lazımdır.

O, bunu Con Styuartın satirik “gündəlik şou” televiziya proqramının qonağı olarkən bildirib.

Obama səhiyyə sahəsində islahatlar da daxil olmaqla son iki il ərzində əldə olunmuş uğurlardan danışıb.

Noyabrın 2-də Birləşmiş Ştatlarda Nümayəndələr palatası və Senata seçkilər keçiriləcək.

Sosioloqların proqnozuna görə, demokratlar Konqresdə çoxluğu itirə bilərlər.

Obama son vaxtlar partiyasının seçki kampaniyasında fəal iştirak edir.
XS
SM
MD
LG