Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 06:36

Avropa Şurasının Komitəsi elektrik atəş silahına qarşı çıxır


Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi (İQK) elektrik atəş silahından istifadənin tənzimlənməsinə çağırır.

Komitənin oktyabrın 28-də yayılmış illik hesabatında Komitə etiraf edir ki, elektrik atəş silahı bəzi hallarda odlu silahla müqayisədə daha az qüvvəyə malikdir. Ancaq bu silahlar kəskin ağrılara və bəzən də sui-istifadəyə səbəb olur.

“Polis və digər hüquq-mühafizə orqanları əməkdaşlarının elektrik atəş silahı ilə təchiz olunması getdikcə adi hala çevrilir və həbs zamanı bu silahlardan daha çox istifadə olunur. Hakimiyyət orqanları onların istifadəsinin ciddi tənzimlənməsi və zəruri hallarda istifadəsini təmin etməlidirlər”, - deyə İQK-nin prezidenti Mauro Palma bildirir.

Komitə hesab edir ki, elektrik atəş silahından istifadə halları məhdudlaşdırılmalıdır.

İQK elektrik atəş silahının həbsxanalarda və qapalı psixiatrik müəssisələrdə istifadəsi ilə bağlı ciddi iradlarını, eləcə də azadlıqdan məhrum edilənləri idarə etmək üçün elektrik kəmərdən istifadəyə qarşı olduğunu bildirir:

“Bu avadanlıqın tətbiqi şəxsin ləyaqətini alçaldır. Eləcə də ondan sui-istifadə etmək üçün böyük imkanlar yaradır”.

İQK bildirir ki, elektrik atəş silahı istifadəyə verilməzdən əvvəl texniki qeydiyyat prosedurundan keçirilməli, onların istifadəsinə dair məlumatı yazan və səlahiyyətli hakimiyyət orqanlarının yoxlamasına imkan yaradan mikrosxem yaddaşla təchiz olunmalıdır.
XS
SM
MD
LG