Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 05:36

ABŞ 40-a yaxın gəmi şirkətinə sanksiya qoydu


Birləşmiş Ştatlar Iranla əlaqəsi olan təxminən 40-a yaxın Avropa gəmi kompaniyasına da sanksiyalar qoyub. ABŞ-ın maliyyə nazirliyi bildirir ki, Almaniya, Malta və Kiprdə yerləşən bu şirkətlər İran Gəmiçilik xətti ilə fəaliyyət göstərirlər.
Maliyyə Nazirliyi istisna etmir ki, bu şirkətlərdən İranın nüvə və reaktiv layihələrinin inkişafında istifadə olunur.
Sanksiyalar ABŞ vətəndaşları ilə bu kompaniyalar arasında alış-verişi qadağan edir.
İran isə bildirir ki, onun nüvə proqramı layihəsi dinc məqsədlərlə işlənir. ABŞ və onun müttəfiqləri isə şübhələnirlər ki, İran nüvə silahına sahib olmaq istəyir.
This item is part of
XS
SM
MD
LG