Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Azərbaycanın Lerik rayonunda torpaq sürüşməsi baş verib



APA-nın məlumatına görə, torpaq sürüşməsi rayonun Bürüsülüm kəndinin ərazisində qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, sürüşmə bu il senytabrın 15-də başlansa da, son günlər yağan güclü yağışlar prosesi daha da fəallaşdırıb.

8 kəndin daxil olduğu Bürsülüm ərazi vahidliyində 1500 nəfər əhali yaşayır. Sürüşmə zonası 5 hektaradək ərazini əhatə edib. Yerli sakinlərin sözlərinə görə, əgər sürüşmə intensivləşərsə, 15-ə qədər fərdi yaşayış evi ziyan çəkə bilər. Artıq 3 evdə çatların əmələ gəldiyi müşahidə olunur.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, həmin ərazi nəzarətə götürülüb. Vəziyyət barədə həmçinin respublika Nazirlər Kabinetinə də məlumat verilib. Habil Məlikov sürüşmənin hələlik passiv olduğunu deyib, bununla belə yağışlı hava şəraitində prosesin intensivləşəcəyini istisna etməyib.
XS
SM
MD
LG