Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 16:44

“Həlak olan jurnalistlərlə bağlı qanuna ehtiyac var”

“Peşə fəaliyyəti zamanı vəfat edən jurnalistlərlə bağlı qanunun hazırlanmasına ehtiyac hiss olunur”.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, bəzi jurnalistlər adi şəkildə vəfat ediblər, amma bəziləri xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar:

“Artıq bu hallarla bağlı müəyyən qanunun işlənməsi vaxtı gəlib çatıb. Əgər jurnalist vəfat edibsə, onun ailəsinə hansı şərait yaradılmalıdır? Belə hadisələr baş verdikcə, həmin qanunun vacibliyi ortaya çıxır. Mətbuat Şurası bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Yəqin ki, qanun layihəsinin hazırlanması istiqamətində yaxın vaxtlarda işə başlanacaq”.
This item is part of
XS
SM
MD
LG