Pop kralı Maykl Cekson öləndən sonra – keçən il oktyabrın 31-dən bu günə kimə - bir ildə 275 milyon dollar qazanıb.
O, Forbes jurnalının “ölülər reytinqində” birincidir.
Şou biznesdə dirilərdən yalnız televiziya jurnalisti Opra Uinfri Maykl Ceksondan çox qazana bilib.
ABŞ, Kanada, Britaniya kimi anqlo-saks ölkələrində bir bayram var - Halloween. Ruhlar, əcinnələr bayramı olan Halloweeni
Amerikanın Forbes jurnalı özünəməxsus şəkildə qeyd edərək “ölülərin reytinqini” dərc edib.
Ən çox pul qazanan ölülər arasında ikinci yerdə rok-n-roll kralı Elvis Preslidir. O, keçən bir ildə 60 milyon dollar qazanıb.
Sonrakı yerlərdə 50 milyon dollar gəlirlə “Üzüklərin hökmranı” kitabını yazan Con Tolkien, 17 milyonla musiqiçi Con Lennon gəlir.
Ən çox satılan uşaq kitablarının müəllifi Doktor Syuz öləndən sonra 11 milyon dollar qazanıb.
Birinci onluğa nisbilik nəzəriyyəsini yaradan Albert Eynşteyn də düşüb. Son bir ildə o, öz varislərinə 10 milyon dollar qazandırıb.
Oktybarın 31-dəki Halloween bayramı ərəfəsində “ölülər reytinqini” Forbes jurnalı artıq 10-cu ildir ki, çap edir.
İqtisadi azadlıq və mülkiyyət haqları olan ölkələrdəki ölülər iqtisadi azadlıq olmayan, mülkiyyət haqları qorunmayan ölkələrdəki dirilərdən çox qazanır...