Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 21:28

Ermənistan Azərbaycanı ittiham edib


Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda bir erməni əsgərini öldürməklə sülh danışıqlarını pozmaq cəhdində ittiham edib.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, oktyabrın 26-da Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir erməni əsgəri həlak olub.

Ermənistan Müdafiə Nazirliyi Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində bu hadisəni Azərbaycanın danışıqları pozma cəhdi sayır: "Bu cür təxribatlara görə bütün məsuliyyət Azərbaycanın üstünə düşür".

Xəbərdə bildirilir ki, cəbhə xəttində atəşkəsin tez-tez pozulması nəticəsində təkcə bu il hər iki tərəfdən 20 əsgər, keçən ay isə 8 əsgər həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi müavini Teymur Abdullayev AzadlıqRadiosuna bildirib ki, erməni tərəfi tez-tez atəşkəsi pozur və cavab atəşi ilə susdurulur:

“Bu zaman müxtəlif hadisələrin olması istisna olunmur”.

O ki qaldı Ermənistanın Azərbaycanı sülh danışıqlarını pozmaq cəhdində ittiham etməsinə, Teymur Abdullayev bildirib ki, “Bu Ermənistanın növbəti bəhanələrindən biridir”.
XS
SM
MD
LG