Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:37

Ermənistan Azərbaycanı danışıqları pozmaqda ittiham edir


Ermənistan Azərbaycan Silahlı Qüvvələrini Dağlıq Qarabağda bir erməni əsgərini öldürməklə sülh danışıqlarını pozmaq cəhdində ittiham edib.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, oktyabrın 26-da Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir erməni əsgəri həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi müavini Teymur Abdullayev AzadlıqRadiosuna bildirib ki, erməni tərəfi tez-tez atəşkəsi pozur və cavab atəşi ilə susdurulur:

“Bu zaman müxtəlif hadisələrin olması istisna olunmur”.

O ki qaldı Ermənistanın Azərbaycanı sülh danışıqlarını pozmaq cəhdində ittiham etməsinə, Teymur Abdullayev bildirib ki, “bu, Ermənistanın növbəti bəhanələrindən biridir”.
XS
SM
MD
LG