Keçid linkləri

2024, 19 İyun, çərşənbə, Bakı vaxtı 09:04

Prezidentlər görüşür


Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentləri
Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentləri
Oktyabrın 27-i səhər prezident İlham Əliyev Həştərxana yola düşüb. Bu gün Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin Qarabağ nizamlanmasına dair üçtərəfli görüşü olacaq.

Oktyabrın 27-də günün ikinci yarısında isə İlham Əliyev Kiyevə rəsmi səfərə gedəcək.

Səfər proqramı oktyabrın 28-də Azərbaycan və Ukrayna prezidentlərinin naməlum əsgərin məzarına əklil qoyması və “Qolodomor” qurbanlarının xatirəsinin yad etməsi ilə başlayacaq. Sonra prezidentlər İlham Əliyevlə Viktor Yanukoviçin təkbətək və geniş tərkibdə görüşü olacaq.

Bundan sonra Ukrayna və Azərbaycan prezidentləri ikitərəfli sənədlər imzalayacaqlar.
XS
SM
MD
LG