Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:28

Snayper gəlmələri «dənləyir»


Bir müddət əvvəl Slovakiyada da snayper küçədən keçənlərə atəş açmış, 6 nəfəri öldürüb 14 nəfəri yaralamışdı. 30 avqust 2010
Bir müddət əvvəl Slovakiyada da snayper küçədən keçənlərə atəş açmış, 6 nəfəri öldürüb 14 nəfəri yaralamışdı. 30 avqust 2010
Isveç polisi ölkənin cənubundakı Malmo şəhərində əsasən gəlmələrə atəş açan snayperi axtarmaqdadır.

Axır bir ildə 20-dən çox insana atəş açılıb, 1 nəfər öldürülüb, xeyli sayda yaralanan olub.

Axır iki həftədə isə belə insidentlər intensivləşib, bir miqrant ağır yaralanıb. Daha bir neçə nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Malmoda yaşayan miqrantların böyük hissəsi ərəb ölkələrindən və Balkan dövlətlərindən olan müsəlmanlardır.

Şəhərdə az da olsa azərbaycanlılar da yaşayır. Malmodakı “Xəzər” Azərbaycan İsveç Dostluq Cəmiyyətinin sədri Leyla Kiani deyir ki, şəhər əhalisi panika içindədir.


- Hər gün bir hadisə baş verir. Güllələrin hamısı miqrantlara atılıb. Polis müəyyənləşdirib ki, güllələrin 5-i eyni silahdan atılıb.

Bu günlərdə bir qaradərili miqrant ağır yaralanıb.

Bundan başqa miqrantların yaşadığı evə güllə atılıb. Güllə pəncərədən keçib bir qadına dəyib, onu yaralayıb, onun bədənindən keçib divara dəyib və rekoşetlə yanındakı qadını da yaralayıb.

Düzdür, onlar ağır yaralanmayıblar. Amma aydındır ki, snayper bir qədər də dəqiq nişan alsaydı, ölüm halı ola bilərdi.

Xülasə çox acınacaqlı vəziyyətdir, camaat panika içindədir, heç kim axşam küçəyə çıxmır. Hamı qorxur. Hətta yerlilərin özləri də.

- Sizin özünüz bu hadisələrdən sonra həyat tərzinizdə nə dəyişiklik etmisiniz?

- Daha ehtiyatlıyıq. Ən azından uşaqlarımız axşam saat 8-dən sonra küçədə olmurlar.

Daha çox öz şəxsi maşınımızdan istifadə edirik, ictimai nəqliyyata az minirik.

- Hadisələrin çoxu axşam baş verirmi?

- Həmişə belə hadisələr hava qaralandan sonra olur.

- Polisin hansısa versiyaları varmı ki, bu hadisələri tərədən, yaxud törədənlər kim ola bilər?

- Bu işin istintaqına çoxlu polis cəlb edilib. Hətta ədliyyə naziri, daxili işlər naziri də işlə şəxsən məşğul olur. Dediklərinə görə şübhələndikləri var.

Amma konkret heç nə demirlər. Sübut olmadan kimisə günahlandırmaq istəmirlər.

Isveçin paytaxtında irqçiliyə qarşı mitinq. On minlərlə aksiyaçı ifrat millətçi Demokrat Partiyasının parlamentdə mandat qazanmasına etiraz edir. 25 sentyabr 2010
- Bəs camaat arasında hansısa şayiələr dolaşırmı?


- Şayiələr gəzir ki, bunu edənlər irqçilərdir. Gəlmələri sevməyən qrupdur. İndi İsveçdə ab-hava dəyişib.

Son seçkilərdə üstünlük qazanan qüvvələrdən biri də Demokrat Partiyası oldu.

Onlar isə miqrantların tam əleyhinədirlər. Hətta proqramları da var ki, İsveçin qapılarını gəlmələrin üzünə bağlasınlar.

- Malmoda deyəsən böyük müsəlman icması var...

- Bəli. Şəhərin 10 rayonundan biri – Rosenqord rayonu tamamilə gəlmələrin yaşadığı yerdir.

Hətta dükanların üstündə yazılar da ərəbcədir.

Orada yaşayanların çoxu ərəb ölkələrindən və Balkan dövlətlərindən gələn müsəlmanlardır.

Orada öz kiçik dünyalarını yaradıblar.

- Bəs İsveçin tarixində irqçilərin törətdiyi belə hadisələr olubmu?

- Səhv etmirəmsə 90-cı illərdə Lazerman ləqəbli bir şəxs bu tip cinayət törədib, 1 nəfəri öldürüb, 1 nəfəri də yaralayıb. Ona ömürlük cəza kəsiblər.

İndi baş verənlərdən televiziyalarda danışılanda həmin hadisəni də xatırladırlar.

Burada gəlmələrə qarşı mənfi münasibət sanki adətən iqtisadi sıxıntılar, işsizlik artanda güclənir.

- Gündəlik həyatınızda yerli əhalidə miqrantlara qarşı hansısa qıcıq hiss edirsinizmi?


- Şəxsən mənə qarşı olmayıb. Amma gəlmələrə söz atan, yaxud onları açıq ittiham edənlər də olur.

Amma bunu adi isveçlilər etmir, onlar cürət etmirlər. Bunu edənlər düşüncəsi başqa səmtə yönələn isveçlilərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG