Kanadalı əsgər oğlu olan Ömər Xadr 15 yaşında, Əfqanıstanda Amerikaya qarşı vuruşduğu üçün Quantanamo həbsxanasının tribunalına çıxarılıb. Xadr 2002-ci ildə Əfqanıstandakı döyüşlərin birində bir amerika əsgərini qumbarayla öldürdüyünü və Əl-Qaidəylə əlaqələri olduğunu etiraf edib. İndi 24 yaşı olan Xadr cinayətini boynuna aldığı üçün ömürlük həbs cəzası yerinə ölkəsinə qayıdıb orda daha 8 il müddətli həbs cəzası çəkəcəyi ehtmal olunur.