Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

İraqın keçmiş xarici işlər naziri Tarik Əziz edam cəzası aldı


İraq Ali məhkəməsi Səddam Hüseynin vaxtında xarici işlər naziri olan Tarik Əzizə edam cəzası verib. Məhkəmə onu hakimiyyətdə olduğu vaxt islamçı partiyaları təqib etməkdə günahkar bilib. Tarik Əziz daha öncə 42 Bağdad tacirinin həbsinə əmr verdiyinə görə 15 il, kürdlərin Şimali İraqdan çıxarılmasına görə də 7 il həbs cəzası almışdı.

Əziz bütün ittihamları rədd eləyir.

Xristian olan Tarik Əzizlə birgə Səddam Hüseyn hökumətinin daxili işlər naziri və prezidentin katibi də bu gün edam cəzasına məhkum ediliblər. Prezident şurası edam cəzalarını təsdiqləyəndən sonra hökm asılmaqla icra ediləcək.
XS
SM
MD
LG