Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:04

Azərbaycan korrupsiya qavrama indeksinə görə 134-cüdür


«Transparency International» təşkilatı 2010-cu ilin korrupsiya qavrama indeksini açıqlayıb, Azərbaycan 178 ölkə arasında 134-dür. Azərbaycanla Ukraynada bu indeks eynidir.

Gürcüstan 68, Ermənistan 123, Rusiya 154, İran 146, Türkiyə 56, Qazaxıstan 105-ci yerdə qərarlaşıblar.

Xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalarmış) nisbətində müəyyən edilir. Bu il Azərbaycanın göstəricisi ötən illə müqayisədə irəliləyib.
Bu ilki irəliləyişin əsas səbəbi kimi ölkədə maliyyə-nəzarət idarələrinin uğurla təşkil edilməsi, eyni zamanda dövlət idarəçiliyi və bələdiyyə mülklərinin idarə olunmasında korrupsiya ilə əlaqədar əməkdaşlığın və koordinasiyanın gücləndirilməsini göstərirlər.
İndeksdəki göstəricinin bir qədər yaxşılaşmasına təsir edən faktorlardan biri də vətəndaşların korrupsiya ilə mübarizədə daha fəal iştirak etməsidir deyə hesabatda qeyd olunur.

Korrupsiya qavrama indeksinə görə ən yaxşı vəziyyət Danimarka, Yeni Zelandiya, Sinqapurdadır. Ən pis vəziyyət isə Əfqanıstan, Myanma və Somalidədir.
Keçmiş postsovet ölkələri arasında ən yaxşı nəticə Baltikyanı ölkələrdədir. Estoniya 26, Litva 46, Latviya isə 59-cu yerdədir.
Korrupsiya qavrama indeksi dövlət qulluqçuları və siyasətçilər arasında mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralanmasını müəyyən edir. O, ekspertlər və biznes dairələri arasında aparılan sorğular əsasında tərtib olunur.
XS
SM
MD
LG