Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

Avropa Birliyi qaçqınlarla bağlı Yunanıstana sərhədçilər göndərir


Yunanıstanda əsasən Afirka ölkələri və Əfqanıstandan olan köçkünlərlə bağlı problemlərin həlli üçün Avropa Birliyi Yunanıstana sərhəd rəsmiləri göndərir. Köçkünlərin çoxu qanunsuz olaraq Türkiyə ərazisindən Avropa Birliyi ölkəsi Yunanıstana keçməyə çalışırlar.

Avropa Komissiyasının yaydığı rəsmi məlumatda deyilir ki, Yunanıstanın müraciəti əsasında bu ölkənin Türkiyə ilə sərhədinə Avropa Birliyinin xüsusi sərhəd qurumunun təcili əməliyyat qüvvələri yerləşdirilir. Bu təcili müdaxilə qüvvələri 2007-ci ildə yaradılıb və ilk dəfədir ki, bir ölkənin xahişi ilə onlar sərhədə cəlb edilirlər.

Avropa Birliyi rəsmiləri bildirirlər ki, Yunanıstan onlara müraciət edərək Türkiyədən keçmək istəyən qaçqınların sayı qəfil artdığından bu ölkə təkbaşına problemi həll edə bilmir.
XS
SM
MD
LG