Azərbaycan şairi, filosofu və tarixçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ilk dəfə ingilis dilinə tərcümə olunaraq çap edilib:
“The heavenly rose-garden” (A history of Shirvan and Daghestan).
Bakıxanovun farsca yazdığı və Azərbaycan tarixinə aid ilk ayrıca kitab sayılan "Gülüstani-İrəm"i ingiliscəyə Willem Floor və Həsən Cavadi tərcümə ediblər.
Kitab onların Bakıxanovun həyatı və yaradıcılığı haqda yazdıqları geniş təqdimatla başlayır.
Əslən Təbrizdən olan Həsən Cavadi ingilis və fars dilləri mütəxəssisidir.
Azadlıq Radiosunun “Həmyerli” verilişinə verdiyi açıqlamada o deyib ki, ingilis dilində cənubi Qafqaz bölgəsinin tarixinə aid sanballı əsərlər çox azdır.
Bakıxanovun əsəri isə 19-cu əsrdə yazılmasına baxmayaraq indiki dövrdə də öz aktuallığını xeyli dərəcədə saxlayır və sözügedən boşluğu doldurmağa yardım edə bilər.
"Gülüstani-İrəm"in ingiliscəyə tərcüməsi dünyada kitab satışı üzrə ən böyük on-line şəbəkə olan "Amazon"da da satılır.
Həsən Cavadi Kembric Universitetində ingilis dili üzrə doktorluq dərəcəsi alıb.
Həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olan H.Cavadi Mirzə Fətəli Axundovun bəzi əsərlərini də ingilis dilinə çevirib.