Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Əli Kərimlinin görüşünü pozmağa cəhd etdilər


(Görüşdən şəkilləri mətnin sonunda izləyin)

Oktyabrın 24-də AXCP sədri Əli Kərimli Bakıda Qaraçuxur qəsəbəsində seçicilərlə görüş-mitinq keçirib. O, mitinqdəki çıxışında bir qrup məmurun soyğunçuluq etdiklərini deyib:

“Əgər bu məmurlar özləri qazansaydılar, biz onların pulunu sayan deyildik. Lakin bizim hamımızın, eləcə də övladlarımızın pulunu mənimsəyirlər. Və istəyirlər ki, bu vəziyyət əbədi olaraq davam etsin. Onlar Azərbaycanın Ermənistanın işğalından kənarda qalan ən gözəl ərazilərini işğal ediblər. Hər yeri hasarlayıb özlərinə qəsrlər, villalar tikdiriblər. Bizim mübarizəmiz ondan ötrüdür ki, bu oğruları, büdcəni dağıdanları məhsuliyyət daşımağa məcbur edək”.

Əli Kərimlinin çıxışı zamanı kənardan gələn bir neçə şəxs mitinqdə qarşıdurma yaradıb.

Onlardan biri - özünü Fərhad Əliyev kimi təqdim edən adam deyib: “mitinqdə çıxış edənlərin dediklərinin hamısı yalandır. Nə üçün onlar hamını pisləyirlər? Onlar Azərbaycanı istəməyən adamlardır”.

Hekayət Əhmədova olduğunu deyən başqa bir qadın isə mitinqdə prezident haqqında xoşuna gəlməyən fikirlər söynəlmisəndən narazı qaldığını bildirib:

“Demirlər, azadlıq, demokratiya olmalıdır, onda niyə imkan vermədilər mən də öz fikrimi deyim!”

Qarşıdurmaya səbəb olanların digərləri mikrafona danışmaqdan və adlarını deməkdən imtina ediblər. Polis aksiyaya qarşı çıxanları oradan uzaqlaşdıraraq qarşıdurmanın böyüməsinə imkan verməyib.

Sonradan onların bir neçə dəfə mitinq yerinə yaxınlaşmaq cəhdlərinin də qarşısı alınıb.

Məsələyə münasibət bildirən Əli Kırimli AzadlıqRadiosuna həmin şəxslərin təxribatçı olduqlarını deyib.

“Belə şeyləri böyütmək lazım deyil. Hər yerdə 1-2 belə təxribatçı olur”.

Əli Kərimli 31 saylı Suraxanı 2-ci seçki dairəsindən namizədliyini irəli sürüb. Qaraçuxur qəsəbəsi də həmin seçki dairəsinin ərazisindədir.
XS
SM
MD
LG