Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:07

İranda oğurluğa görə məhbusun əli kəsilib


İran həbsxanalarından birində oğurluğa görə məhkum edilmiş məhbusun əli kəsilib.

Kütləvi informasiya vasitələri hökmün digər məhbusların qarşısında icra edildiyini xəbər verirlər.

İranda şəriət qanunlarına görə, oğurluq və qarətə görə əl kəsilir.

Amma son illər bu praktika demək olar ki, icra olunmurdu.

Ötən həftə mağazadan oğurluğa görə, daha bir sakininə eyni cəza kəsilib.
XS
SM
MD
LG