Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Bişkekdə seçkini udmuş partiya liderinə hücum edilib


Qırğızıstanda parlament seçkilərini udmuş “ Ata Jurt” partiyasının lideri Kamçıbek Taşiyev ona hücum edildiyini və bunun arxasında hakim dairələrin durduğunu deyir.

O, keçirdiyi mətbuat konfransında şənbə günü axşam 50-ə yaxın gəncin Bişkek ətrafındakı evinin yaxınlığında ona hücum etdiklərini və nəticədə yüngül xəsarət aldığını bildirib.

Taşiyevin sözlərinə görə, mühavizəçiləri hücumun qarşısını alarkən bir neçə nəfəri saxlayıb, onların üstündən silah və təhlükəsizlik xitmətinə məxsus vəsiqələr çıxıb.

Dövlət Milli Təhlükəsizlik Şurasının rəhbəri Keneşbek Duşebayev idarənin bu işdə əli olmadğını bildirib.

İnterfaksın məlumatına görə, “Ata Jurt” partiyasının tərəfdarları parlamentin binası qarşısında təhlükəsizlik nazirinin istefası tələbi ilə aksiya keçirirlər.

Onlar bildiriblər ki, tələbləri yerinə yetirilməyincə aksiya davam edəcək.
XS
SM
MD
LG