Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 17:48

Fransa senatı pensiya həddinin qaldırılmasını dəstəkləyib

Kütləvi tətil və etiraz aksiyalarına baxmayaraq Fransa Senatı pensiyaya görə yaş həddinin qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

177 senator sənədin lehinə,153-ü isə əleyhinə səs verib.

İndi qanun layihəsi parlamentin hər iki palatasının birgə sesiyasında müzakirəyə çıxarılacaq.

Sənəddə pensiyaya görə yaş hədinin 60-dan 62-ə qaldırılması nəzərdə tutulur.

Oktyabrın 12-dən Fransada tətil və etiraz aksiyaları keçirilir.

Həmkarlar ittifaqları yaxın 10 gündə daha 2 ümummilli tətil və etiraz aksiyası keçirməyi planlaşdırır.
This item is part of
XS
SM
MD
LG