Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:14

Seçkiləri 581 beynəlxalq müşahidəçi izləyəcək


Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkilərini 42 ölkədən 581 beynəlxalq müşahidəçi izləyəcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bu günkü iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Yerli müşahidəçilərin sayı isə artıq 19 mini ötüb.

Məzahir Pənahov bildirib ki, ölkə üzrə seçkiləri müşahidə etmək üçün 1 655 nəfər MSK-da qeydiyyatdan keçib.

Dairələr üzrə isə seçkiləri izləmək üçün 17 633 nəfər qeydə alınıb.
XS
SM
MD
LG