Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 05:20

Amerika prezidenti nüvə kodunu itiribmiş


«Kodlar doğrudan da aylarla itibmiş. Bu, çox böyük, ciddi məsələdir»
«Kodlar doğrudan da aylarla itibmiş. Bu, çox böyük, ciddi məsələdir»
Birləşmiş Ştatlara nüvə zərbəsi endirilir, ancaq superdövlət buna cavab verə bilmir. Çünki prezidenti nüvə silahının kodunu itirib. Bu hadisə heç vaxt baş verməyib, ancaq Klinton administrasiyasının sonuna bir neçə ay qalmış baş verə bilərdi. Onda Birləşmiş Ştatlar hansısa qəfil nüvə zərbəsinə cavab verə bilməyəcəkdi, Prezident Klinton prosesi başlamaq üçün lazım olan gizli kodları itirmişdi.

Bu barədə general Hyu Şelton təzə çıxmış kitabında yazıb. Hyu Şelton ABŞ Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi olub.

QEYRİ-ADİ VƏ ÇOX CİDDİ MƏSƏLƏ

Prezidentin kodları itirməsi barədə informasiya bundan əvvəl də eşidilib, ancaq çox qeyri-adi səslənib deyə, qəbul olunmayıb.

Əvvəllər Prezidentin «nüvə çantası»nın (nüvə hücumlarının kodlarının yerləşdiyi qara dəri çanta) rəisi olmuş Robert Patterson «Times»a deyib ki, bu kodlarsız cavab yaxud qabaqlayıcı nüvə zərbəsi endirmək mümkün olmayacaqdı:

«Kodlar doğrudan da aylarla itibmiş. Bu, çox böyük, ciddi məsələdir», - general Şelton kitabında yazır.

General «səhvlər komediyası» adlandırdığı bir prosesi də təsvir edir. Hər ay bir Pentaqon zabiti Ağ Evə gəlib kodu yoxlamalıymış, onu iki dəfə dala qaytarıblar ki, Prezidenti narahat etmək olmaz.

PREZİDENT BİR NEÇƏ AY KODSUZ QALIB

Kodu başqasıyla əvəzləmək zamanı gələndə, «öyrəndik ki, hərbçinin köhnə kod barədə məlumatı yoxdur, çünki həmin kodlar artıq bir neçə ay imiş ki, yoxa çıxıb». Bunu
General Hyu Şelton
general yazır.

Generala görə, bu hadisə 2000-ci ildə baş verib. Ancaq kodların itməsi barədə ilk dəfə məlumat verən istefada olan polkovnik Robert Patterson deyib ki, kodlar 1998-ci il yanvarın 21-də artıq yoxa çıxıb. Patterson 1998-ci ilin sonlarınadək Klintonun «nüvə çantası»nı daşıyıb.

«Times»a müsahibəsində Patterson təsdiqləyib ki, yeni kodlar hazır olanacan hansısa nüvə hücumu mümkün olan iş deyildi, yeni kodun hazırlanması isə general Şeltonun dediyi kimi, dəqiqələr yox, saatlarla çəkib.

«Mən prezident Klintondan soruşanda ki, sonuncu dəfə kodları nə vaxt görüb, dedi ki, bilmirəm». Bunu Patterson deyib.

«Soruşdum ki, günlərdir? Dedi «bilmirəm». –Həftələr olar? - Ola bilər. - Bəlkə aylar? - Ola bilər».

KLİNTON NÜVƏ KODUNU CİBİNDƏ GƏZDİRİB

Bir qayda olaraq kodlar bir kartın üstündə yerləşib, həmin kartı da Klinton öz kredit kartlarına rezinlə bağlanmış vəziyyətdə şalvarının cibində gəzdirib. Bunu Polkovnik Patterson deyir.

Klinton kartın üstündə olmadığını deyəndə, əlavə edib ki, kart yuxarıda, Ağ Evin özəl otağındadır.

Klintonun birinci narahatlığı ondan olub ki, məsələ ictimailəşəcək
Patterson deyir yuxarı zəng edib xidmətçilərə prezidentin əşyalarını axtarmağı tapşırıblar, heç nə tapılmayıb.

QORXURDULAR Kİ, «VAŞİNQTON POST» BUNU MANŞETƏ ÇIXARAR


İsrarla soruşanda Klinton etiraf edib ki, kodları səhv salıb. Kodları əvəzləmək bir neçə saat çəkib. Bu xəbər Pentaqonda çox tez yayılıb. Pattersona görə, Klintonun birinci narahatlığı ondan olub ki, məsələ ictimailəşəcək. Deyəsən, onun baş hərbi müşavirlərində də bu qorxu vardı.

General Şelton və Müdafiə naziri Uilyam Koen «bərk narahat idilər ki, ertəsi gün «Vaşinqton Post»un baş məqaləsi bu başlıqla çıxar: «Prezident nüvə açarını itirib - nüvə hücumu mümkün deyil!».

Belə başlıqlı yazı çıxmadı, ancaq kart da tapılmadı.

İtkinin tarixi barədə onun və general Şeltonun söylədiyi tarixin fərqli olmasına gəlincə, polkovnik Patterson deyib: «Ola bilsin o, kodu iki dəfə itirib».
XS
SM
MD
LG