Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 13:05

SMDTM-nin məhkəmə prosesi təxirə salınıb


Oktaybrın 22-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Hüseynovun sədriliyi ilə keçirilən proses noyabrın 12-dək təxirə salınıb. SMDM-nin əməkdaşı Bəşir Süleymanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, prosesin təxirə salınmasına Ədliyyə Nazirliyinin nümayəndəsinin etibarnaməsinin möhürsüz olması səbəb olub:

“Biz təəssüf edirik ki, məhkəmə prosesi növbəti dəfə yubadıldı. Ötən ildən başlanan məhkəmə çəkişmələrinin ali məhkəmədən yenidən Apelyasiya Məhkəməsinə qaytarılması və yenidən yubadılması bizim Avropa Məhkəməsinə çıxmamağımız üçündür”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 22 iyul 2009-cu ildə Ədliyyə Nazirliyinə qarşı “Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulması”na dair iddia qaldırıb.

Bu mərkəz 2008-ci ilin mayında ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin təsisçiləri və üzvləri tərəfindən təsis olunub.
XS
SM
MD
LG