Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:06

Mədəniyyət telekanalını - AzTV açacaq


Azərbaycanda ayrıca Mədəniyyət telekanalı açılacaq.

Bununla bağlı elan edilən müsabiqənin qalibi – dövlət televiziyası - AzTV olub.

Qərarı Milli Televiziya və Radio Şurası açıqlayıb. Məsələyə şuranın oktyabrın 22-də keçirilmiş iclasında baxılıb.

Mədəniyyət kanalının açılması üçün Baki və Abseron ərazisindən televiziya üzrə 44-cü tezlik resursuna elan edilən müsabiqədə yalnız 1 iddiaçı – “Azərbaycan televiziya və radio Verilisləri” Qapalı Səhmdar Cəmiyyəti istirak edirdi.

MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli “Media forum” saytına açıqlamasında mədəniyyət telekanalının açılması məsələsində AzTV qarşısında qoyulacaq tələblərin yüksək olacağını vurğulayıb:

“Yeganə namizəd var idi, müsabiqə müddətində nə özəl yayımçılar, nə də digərləri müsabiqəyə maraq göstərdilər. İnanıram ki, nəzərdə tutulan 6 ay müddətində mədəniyyət kanalı efirə çıxacaq. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi texniki bazası, kadr potensialı və arxiv bazası kifayət qədərdir və bu, imkan verir ki, mədəniyyət kanalının açılması işi dövlətin dəstəyi ilə qısa zamanda həllini tapsın.

Bu məsələ çox ciddi və məsuliyyətli məsələdir. Böyük işdir və tələblər yüksək olacaq. Mədəniyyət kanalı dedikdə sırf Azərbaycan mədəniyyətini özündə əks etdirəcək ixtisaslaşdırılmış televiziya kanalı nəzərdə tutulur. AzTV rəhbərliyi yekdilliklə bütün tələblərin öhdəsindən gələcəyini bəyan etdi.

Bizim telekanallarda mədəniyyətlə bağlı çox problem var, əhalinin əksəriyyəti aşağı səviyyəli verilişlərin ruhunda tərbiyə edilir.

Bir halda ki, biz həmin telekanalların yaradıcılıq işlərinə qarışa bilmirik, öz öhdəliklərinə düşən işi görmürlər, biz daha ciddi addım atdıq. Hesab edirik ki, dövlətin dəstəyi olmadan bir televiziya kanalının ciddi dəyişiklik etməsi çətin olardı.

Fikrimcə, işin AzTV-yə həvalə edilməsi bunun əsas cavabıdır”.

Bundan qabaq ölkədə ayrıca idman kanalının açılması üçün də elan edilən müsabiqənin qalibi AzTV olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG