Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:45

Moskva azərbaycanlıları Sobyaninin nə edəcəyini gözləyir


Sergey Sobyanin and içir
Sergey Sobyanin and içir
Oktyabrın 21-də Moskva Şəhər Duması Sergey Sobyanini paytaxtın meri vəzifəsinə təsdiqləyib. Buna qədər Baş nazir Vladimir Putinin hökumətində aparatın rəhbəri olmuş Sobyanin səsvermədən sonra and içməklə işə başlayıb.

Səsvermədən kimsə sürpriz də gözləmirdi. Çünki Şəhər Dumasının 35 nəfər üzvündən 32-si hakim Vahid Rusiya Partiyasının təmsilçiləridir. Sobyanin əleyhinə yalnız Kommunist Partiyasının Dumadakı üç nümayəndəsi səs verib.

18 il Moskvaya rəhbərlik etmiş əvvəlki mer Yuri Lujkovu keçən ay prezident Dmitri Medvedev etimadı itirmək ittihamı ilə işdən çıxarıb.

Rəsmi mətbuat onu və arvadını korrupsiyada, milyardlarla dollar pul toplamaqda ittiham edib.

BİRİNCİ İŞ - KORRUPSİYA İLƏ MÜBARİZƏ

Andiçmə mərasimində Sobyanin deyib ki, paytaxtda birinci işi korrupsiya ilə mübarizə olacaq:

«Əminəm ki, korrupsiya və bürokratiya Moskvada rəqabət mühitini məhv edir. Şəhərə daha açıq və şəffaf idarəetmə sistemi lazımdır. Mən həm administrativ proseduraları, həm də büdcə xərclərini nəzərdə
Sobyaninin ən əsas vəzifəsi 2012-ci il prezident seçkisində Moskvanın səsinin Kremlin namizədinə verilməsini təmin etmək olacaq
tuturam».

Sobyanin deyib ki, paytaxtda bütün administrativ maneələrə, məhəllə şuralarına, bələdiyyə institutlarına yenidən baxacaq. O, vətəndaş cəmiyyəti qurumlarına Moskvanın ictimai həyatında daha çox yer veriləcəyini də vəd edib:

«Şübhəsiz ki, biz qeyri-hökumət təşkilatlarına, partiya qurumlarına daha çox önəm verməliyik. Hər bir dövlət rəsmisi bilməlidir ki, o, vətəndaş nəzarəti altında işləyir».

O, PUTİNİN ƏMRLƏRİNİ YERİNƏ YETİRƏCƏK

Amma siyasi təhlilçi Kiril Roqov bildirir ki, əslində Sobyanin mer seçilməsinin yeganə səbəbi onun Putinə yaxınlığıdır, bu vəzifədə də o, Putinin əmrlərini yerinə yetirəcək:

«Sobyanin Putinin əmrləri ilə oturub-duracaq. Onun tapşırıqlarını nöqtə-vergülünə qədər icra edəcək».

Roqovun fikrincə, indi Sobyaninin ən əsas vəzifəsi 2012-ci il prezident seçkisində Moskvanın səsinin Kremlin namizədinə verilməsini təmin etmək olacaq. Medvedev və Putin bildirib ki, budəfəki seçkidə onlardan kimin namizəd olacağını öz
Yeni mer miqrantları təşvişə salıb
aralarında razılaşdıracaqlar.

AZƏRBAYCANLILAR NİGARANDIRLAR

Yeni merin Moskvada nə edəcəyini Rusiya paytaxtında işləyən yüz minlərlə azərbaycanlı da nigaranlıqla izləyir. Onlardan biri olan Namiq Baqişov deyir ki, yeni mer ilk çıxışı ilə onları bir qədər təşvişə salıb:

«Əsas fikri odur ki, bazarlar sökülüb yerində müasir tipli ticarət mərkəzləri tikilməlidir. Bu da tək azərbaycanlılar üçün yox, bazarlarda işləyən hər kəs üçün çətin olacaq. Çünki həmin ticarət mərkəzlərində varlılar işləyə biləcək, qapalı yerlərdə kirayə haqqı-filan baha olacaq. Lujkov azərbaycanlılara pis deyildi. Çünki ona kimlərinsə çıxışı var idi. Yəqin buna da kimsə çıxış tapacaq».

Sibirdə doğulmuş 52 yaşlı Sobyanin Sovet zamanı komsol təşkilatlarında çalışıb. Hüquqşünasdır, Tümen vilayətinin qubernatoru olub. O, 2005-ci ildə prezident Putinin aparatının rəhbəri vəzifəsində Medvedevi əvəz edib. 2008-ci ildə isə Medvedevin prezident seçkisi kampaniyasına rəhbərlik edib.

Tümendə çalışdığı illərdə özünü sərt qubernator kimi tanıdıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG