Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:38

İranda qadınlara velosiped sürməsi qadağan edilib


Irannın qadınlardan ibarət velosiped yığması
Irannın qadınlardan ibarət velosiped yığması


İsfahanda qadınlar bundan sonra ancaq öz həyətlərində velosiped sürə biləcəklər. Çünki İsfahanın yeni polis rəisi Həsən Kərəmi elan edib ki, qadınlara ictimai yerdə velosiped sürmək və təklrli konkilərlə sürüşmək qadağan edilib.

Karami qadınların ictimai yerlərdə velosiped sürməsini, konkiylə sürüşməsini, voleybol oynamasını və Xaco kprpüsü yaxınlığlnda mahnı oxumasının artıq bundan sonra qayda pozuntusu və cinayət sayılacağını bəyan edib.

Polis rəsisi xəbərdarlıq edib ki, bu qaydaları pozanlar sərt cəzalandırılacaqlar. Həsən Kərəmi əmindir ki, bu hərəkətlərin qarşısını almaqla onlar şəhərdə cinayətkarlığın azalmasına nail olacaqlar.

Tehrandakı hüquq-müdafiəçisi Əhməd Bəşiri AzadlıqRadiosuna deyib ki, bu əməllərin cinayət sayılması üçün hansısa qanunda yazılması lazımdır. Amma indi görünən odur ki, polis rəisi bu qaydaları özbaşına qoyub.

İranda uzun müddətdir ki, qadınların verlosiped sürməsinin düzgün olub-olmaması ilə bağlı mübahisə var idi. 2 ay əvvəl Tehrandakı cemə namazında xütbə oxuyan İmam Əhməd Xatəmi demişdi ki, o Tehran küçələrində qadınların velosiped sürdüyü haqda çox təşvişedici xəbərlər alır. Ruhaninin bu açıqlamalrından sonra Tehran polisi velosiped sürən qadınlara qarşı reydlərə başlamışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG