Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 03:51

Saxarov mükafatını kubalı dissident aldı

Saxarov insan haqları mükafatı kubalı dissident Guillermo Farinasa verilib.

Kubadakı kommunist rejiminə qarşı çıxan 48 yaşlı jurnalist və psixoloq 11 il yarım həbsxanada yatıb, bu müddət ərzində 23 dəfə aclıq aksiyası keçirib.

Mükafat dekabrın 15-də Strasburqda təqdim olunacaq.

Bu mükafatı 1988-ci ildən Avropa Parlamenti təsis edib.

Mükafatın məbləği 50 min avrodur.
This item is part of
XS
SM
MD
LG