Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:29

Bakıda lift qırılıb, xəsarət alanlar var


Bakıda Azadlıq prospekti 187 ünvanında yeni tikilən binanın liftinin trosu adamların ağırlığına dözməyərək qırılıb. Nəticədə lift içində olan adamlarla birlikdə şaxtaya düşüb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə yerindən 1-i uşaq, 9-u qadın olmaqla 10 nəfər bədənin aşağı nahiyəsinin xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Liftdə olanlar yas mərasimindən qayıdırmışlar. Xəstələrin bildirdiyinə görə, onların olduğu lift 7-ci mərtəbədə qırılıb.

Binəqədi rayon 4-cü polis bölməsindən verilən məlumata görə, hadisə yerinə təhqiqat qrupu göndərilib. Hadisənin səbəbi araşdırılır.
XS
SM
MD
LG