«Azərbaycanda seçki qabağı vəziyyət «dincdir», biz bundan şadıq. Bu, keçmişdə zorakılıq və qarşılıqlı ittihamlarla kölgə altına düşən seçki kampaniyalarından müsbətə doğru uzaqlaşmaq deməkdir».
Oktyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı missiyasının açıqladığı bəyanatda belə deyilir.
Bəyanatda qeyd olunur ki, Mərkəzi Seçki Komissiyanın işində müsbət irəliləyiş var və seçici siyahılarının dəqiqliyinə daha çox diqqətin ayrılması təqdirəlayiqdir. AŞPA missiyası seçkilərdə müxalifətin fəal iştirakını da alqışlayır.
Bununla belə müşahidə missiyası qeyd edir ki, bu müddətdə siyasi ideya, platforma və ya yanaşmaların yarışmasının şahidi olmayıblar:
«Xoşagəlməz haldır ki, ideya rəqabəti və ictimai debatların az olmasının şahidi olmuşuq. Ümid edirik ki, qalan 2-3 həftədə ictimai debatlarda artım olacaq».
AŞPA nümayəndələri inzibati təzyiqlər və namizədlərin qeydiyyata alınmasında çətinliklərlə üzləşdikləri ilə bağlı iddialardan da narahat olduğunu bildirir.
Nümayəndə heyəti bu günlərdə əcnəbilərə viza məhdudiyyətinin tətbiqinə də toxunub, Bakını müşahidəçilərə giriş vizası verilməsi ilə bağlı vəziyyəti düzəltməyə çağırıb:
«Biz hakimiyyətə xahişimizi çatdırırıq ki, lazımi şərait yaradılsın və bütün tədbirlər görülsün ki, nümayəndə heyətinin seçkiləri müşahidə edəcək 30 nümayəndəsi heç bir problemlə üzləşmədən ölkəyə gəlib çata bilsin».