Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

ABŞ Səudiyyə Ərəbistanına 60 milyard dollarlıq silah satır



ABŞ Səudiyyə Ərəbistanına 60 milyard dollarlıq silah və hərbi texnika satmaq niyyətindədir. Bu silah-sursata reaktiv qırıcılar, vertolyotlar və digər silahlar daxildir. Dövlət departamentinin əməkdaşı Andrey Şapiro deyib ki, onlar Səudiyyə Ərəbistanına F-15 qırıcı reaktiv təyyarəsini, o cümlədən "Arach", "Qara qırğı", "Kiçik quş" vertolyotlarını təklif ediblər. Təklif paketində bombalar, radar və digər ləvazimat daxildir.
ABŞ-ın ən böyük silah satışı olan bu təklif 15-20 il ərzində icra olunacaq.
XS
SM
MD
LG