Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 18:25

Seçki qərargahını kim bağlayıb?


Razi Nurullayev
Razi Nurullayev
«Oktyabrın 20-də 23 saylı Nəsimi –Səbayel Seçki Dairəsindən AXCP-nin deputatlığa namizədi Razi Nurullayevin seçki qərargahını Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları bir saat bağlı saxlayıblar».

Bu barədə AzadlıqRadiosuna namizədin seçki qərargahından məlumat veriblər.

Məlumata görə, namizədin Şamil Əzizbəyov küçəsi 179-da yeni kirayələdiyi qərargahın qapılarını bağlayan polis bir saata qədər heç kimi ofisə buraxmayıb. Polislər yerin qanunsuz kirayələndiyini bildiriblər və qərargahın qarşısına vurulmuş «Razi Nurullayevin qərargahı» posterini və bayrağın götürülməsini tələb ediblər.

Razi Nurullayevin dediyinə görə, onlar ev sahibinin razılıq ərizəsini göstərsələr də, buna əhəmiyyət verilməyib.

Razi Nurullayev deyir onlar jurnalistləri qərargaha çağırandan sonra polislər ərazidən uzaqlaşıblar.

ATƏT-in müşahidə missiyası hadisə ilə bağlı məlumatlandırılıb. Belə bir şəraitdə seçki kampaniyası apara bilmədiklərini deyən Razi Nurullayev hesab edir ki, baş verənlər onun seçki kampaniyasının qarşısının alınmasına yönəlib.

Nəsimi rayon 22-ci polis bölməsindən isə AzadlıqRadiosuna baş verənlərdən xəbərsiz olduqlarını deyiblər.

DSK sədri Ağabala Quliyev də məsələdən xəbərsiz olduğunu deyir və bildirir ki, ona müraciət olunacağı halda olayı araşdıra bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG