Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:44

Homoseksuallar da orduya gedəcək


Daniel Çoi İraq müharibəsi veteranıdır. O, ABŞ hərbi xidmətindən homoseksual olduğundan uzaqlaşdırılıb. İndi Çoin yenidən hərbiyə qayıtmaq şansı yaranıb. Belə ki, oktyabrın 19-da Pentaqon homoseksualların ABŞ ordusunda xidmət etməsinə qoyulan qadağanın aradan qaldırılmasına dair göstəriş verib. Ancaq bir məsələ var ki, onlar öz seksual oriyentasiyaları barədə açıq deməlidirlər.

Son 17 ildə Amerika ordusunda «sual vermirlər, demə» prinsipi hökm sürüb.

Bu siyasətin dəyişdiyini eşidən Çoi isə dərhal hərbi sistemə qayıtmaq üçün müraciət edib. Çoi müsahibə zamanı qey olduğunu etiraf edib:

«QEYƏM VƏ ƏDALƏTLİ XİDMƏT ETMƏK NİYYƏTİNDƏYƏM»

«Mən onlara dedim ki, ordudan «sual vermirlər, demə» prinsipi altında uzaqlaşdırılmışam, dedim ki, mən qeyəm və açıq və ədalətli xidmət etmək niyyətindəyəm».
Daniel Çoi


Pentaqonun dünənki qərarından əvvəl Kaliforniyanın federal hakimi Virciniya Fillips Pentaqonun apelyasiya şikayətini qəbul etməyib və orduya öz seksual oriyentasiyasını gizlətməyən homoseksual və lezbiyanların qəbuluna qoyulan qadağanın – «sual vermirlər, demə» siyasətinin konstitusiyaya zidd olduğunu təsdiqləyib.

Dünən hakim yazılı şəkildə Pentaqonun məhkəmə qadağasını aradan qaldırmaq tələbini rədd edib.

Bu qərarın ardınca ABŞ Müdafiə Nazirliyi 17 ildə ilk dəfə olaraq çağırış məntəqələrinə cinsi azlıqların da ərizələrini qəbul etməsinə dair göstəriş verib.

Artıq hərbi xidmətdən uzaqlaşdırılan bir neçə cinsi azlıq hakim Virciniya Fillipsin qərarını sınaqdan keçirməyə qərar veriblər.

«SUAL VERMİRLƏR, DEMƏ»Nİ DƏSTƏKLƏYİRLƏR

Öz növbəsində Associated Press agentliyi ölkə boyunca Pentaqonun yeni göstərişinə əməl edib-etmədiyini öyrənməyə çalışıb, müxbirlərini çağırış məntəqələrinə göndərib. Məlum olub ki, bəzi çağırış məntəqələrində göstərişə hörmətlə yanaşıldığı halda, digərləri siyasətin dəyişilməsindən xəbərsizdirlər.

Çağırış komissiyalarına həmçinin tapşırılıb ki, potensial əsgərlərə deyilsin ki, «sual vermirlər, demə» siyasətinə qoyulan moratorium istənilən vaxt apelyasiya məhkəməsinin qərarı ilə dəyişdirilə bilər.

Cinsi azlıqların müdafiə qrupları isə qey və lezbiyanları xidmət üzvlərinə cinsi oriyentasiyalarını deməkdən çəkinməyə çağırıb. Onlar ehtiyatlanırlar ki, siyasət dəyişərsə, cinsi azlıqlar problemlərlə üzləşə bilərlər.

ABŞ seçiciləri arasında da «sual vermirlər, demə» siyasətini dəstəkləyənlər çoxdur. Nyu-York sakini Sandi Aleksandr hesab edir ki, qeylərə də ABŞ ordusunda xidmət çəkməyə icazə verilə bilər, ancaq onlar seksual oriyentasiyalarını gizli saxlamalıdır.

QEYLƏRİN ORDUYA GETMƏSİNİ HAMI İSTƏMİR


«Mən buna normal baxıram, ancaq bəzi insanlar qeylərin olduğu eyni baraklarda yatmaq istəmir ya da haradasa qey olduğu ideyasını qəbul etmirlər. Məncə bu, özəl saxlanmalıdır. Bu, onların şəxsi işidir.

Ancaq qeylərin hərbidə xidmət etməsinə hamı isti yanaşmır. Məsələn, Vaşinqtonda yerləşən Ailə Araşdırma Şurası adlı mühafizəkar müdafiə qrupunun prezidenti Toni Perkins bu ideyaya qarşıdır. Onun fikrincə, məhkəmənin qərarı Pentaqonun homoseksuallarla bağlı gələcək siyasətini dolaşığa salıb. Perkin hökumətin apelyasiya müraciətinə baxılana qədər «sual vermirlər, demə» siyasətinin dəyişdirilməsinə ehtiyac duymur.

Qeyləri orduya buraxmaq ya buraxmamaq ətrafında siyasi debatlar ABŞ prezidenti Barak Obama və onun Konqresdəki Demokratik müttəfiqləri üçün çətin dövrə təsadüf edir. Demokratlar noyabrın 2-də keçiriləcək aralıq seçkilər zamanı qeylərin dəstəyinə ehtiyac duyur.

Qeylərin açıq şəkildə orduda xidmətinə etiraz edən Respublikaçılar isə istənilən mübahisəli sosial məsələdən qazanır.

Kaliforniya Universitetinin araşdırmasına görə, qeylərin orduda açıq xidmət etməsinə 25 ölkə icazə verir. Onların yarısı NATO ölkələrinin payına düşür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG