Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:09

Britaniya kral ailəsinə də pulu kəsir


Kraliça və ərinin xərclərini hökumət kəsir
Kraliça və ərinin xərclərini hökumət kəsir
Britaniyanın maliyyə naziri Corc Osborn onilliklər ərzində rekord ixtisar planını elan edib.

4 il ərzində ixtisarlar:

Dövlət sektorunda 490 min iş yeri ləğv olunacaq,
Nazirliklərin büdcəsi 19 faiz azaldılacaq.

Müdafiə xərcləri- 7,5 faiz,
Təhsil xərcləri - 3,4 faiz,
Xarici İşlər nazirliyinə xərclər – 24 faiz,
Polis xərcləri - 4 faiz azaldılacaq.

Monarxiyanın saxlanmasına xərclər 14 faiz azaldılacaq.

İxtisarlara səbəb Britaniyanın Avropada ən böyük olan strukturlaşmış büdcə kəsiridir – 119 milyard funt sterlinq.
Britaniya borca görə gündə 120 milyon funt sterlinq bank faizi ödəyir.

BBC yayımının Dünya Xidmətini hazırda hökumət maliyyələşdirir. Plana görə bunu BBC-nin özü maliyyələşdirməlidir.
Bu da hökumətə ildə 340 milyon funt sterlinq qənaət demək olacaq.
XS
SM
MD
LG