Ukraynanın keçmiş iqtisadiyyat naziri Çexiyada həbs olunub.
Bohdan Danilişin dövlət mülkiyyətində olan Borispil beynəlxalq hava limanının tenderində şirkətlərdən birinə tərəfkeşlikdə ittiham olunur.
Ukrayna hökumətinin dediyinə görə, dövlət bundan 1 milyon 300 min avro itirib.
Ukraynada Yanukoviç prezidentliyə gələndən keçmiş hökumətin artıq iki üzvü həbs olunub.
Bunlardan birincisi gömrüyün rəhbəri idi.
Timoşenko hər iki həbsi siyasi motivli adlandırır.
Bu ayın əvvəlində Timoşenko hökumətinin fəaliyyətinin beynəlxalq auditi başa çatdı və nəticələr elan olundu.
Beynəlxalq mühasiblər hökumətin ən azı 400 milyon dollar məbləğində pulu təyinatdan kənar xərclədiyini üzə çıxardıb.