Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 07:00

BMT Baş katibi xüsusi nümayəndəsinə hücumu pisləyib


BMT Baş katibi Ban Ki Mun qurumun İraqdakı xüsusi nümayəndəsinə hücumu pisləyib.

Ad Melkertə qarşı hücum Nəcəf şəhəri ətrafında baş verib, onun olduğu maşını partlatmağa cəhd ediblər. BMT diplomatlarından xəsarət alan olmasa da, İraq təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb, bir neçə nəfər yaralanıb.

Hücumdan əvvəl Melkert Nəcəf şəhərində İraq şiələrinin lideri Ayətulla Əli Əl-Sistani ilə danışıqlar aparıb. Ban Ki Mun bildirib ki, hücum İraq xalqına yardımı davam etmələrinə mane ola bilməz.

BMT diplomatına hücumu Fransa, ABŞ hökumətləri də pisləyib.
XS
SM
MD
LG