Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Tanınmış yazıçı rahib oldu


Tanınmış gürcü yazıçısı Çabua Amirecibi rahibliyə qəbul edilib.

Onun xahişi Gürcüstan patriarxı 2-ci İlya tərəfindən qəbul edilib və katalikos ona bundan sonra yaradıcılığını davam etdirməsi üçün xeyir-dua da verib.

Yazıçının saçı kəsilib və ona yeni ad verilib - David.

Amirecibinin 90-a yaxın yaşı olduğu və çətin hərəkət etdiyi üçün rahibliyə qəbul onun evində keçirilib. Yazıçıya rahib əbası geydirilib. Patriarx bir istisna kimi ona monastrda yox, evində yaşamağa icazə verib.

Ç.Amirecibi qədim knyaz nəslindəndir, onun öz millətinə və dininə çox bağlı olan nəsli sovet repressiyalarının qurbanı olub.

1938-ci ildə atası güllələnib, anası sürgün edilib.

Özü müharibə vaxtı əsəgrliyə çağrılsa da, bir müddət sonra dosyesinə görə ordudan uzaqlaşdırılıb.

1944-cü ildə o, antisovet fəaliyyətinə görə tutulub (“Bəyaz Georgi” adlanan tələbə qrupunda iştirak etdiyi üçün) və dövlət çevrilişinə cəhd ittihamı ilə 25 illik həbs cəzası alıb.

1959-cu ildə azadlığa çıxıb və bədii yaradıcılıqla məşğul olmağa başlayıb. Əsasən tarixi romanlar yazıb.

Onun ən məşjur əsəri “Data Tutaşxia” gürcü qaçağı ilə Çar İmperiyasının jandarmları arasında konfliktdən bəhs edir.

Amirecibi SSRİ dövlət mükafatı laureatı olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG