Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 20:30

Avtomobil idxalı 21 faiz azalıb


Bu ilin 9 ayında dilerlər və fiziki şəxslər Azərbaycana 40 min minik avtomobili gətiriblər.
Bu, ötən ilin eyni dövründəkindən say hesabı ilə 21% azdır.

Qiymət ifadəsi ilə avtomobil idxalı 4,5% azalıb.

Yeni avtomobillərin qiyməti orta hesabla 9 300 dollar bəyan edilib. Ötən il 9100 dollar idi.

Istifadədə olmuş avtomobillərin ölkəyə gətirilməsi 38% azalıb və 17 min olub.

TAXIL İDXALI ISƏ ARTIR

Son iki ayda Azərbaycanda taxıl idxalı kəskin artıb. Əgər yanvar-iyulda ölkəyə ayda 87 min ton taxıl gətirilibsə,
son iki ayda aylıq idxal 140 min ton olub.

Bu ilin 9 ayında təxminən 900 min ton taxıl idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 28,7% çoxdur.

Dövlət 2009-cu ildən iri taxıl idxalçılarından biridir.
Dövlət Taxıl Fondunun taxıl ehtiyatı üçün aldığı həcm barədə rəsmi informasiya olmasa da, qeyri-rəsmi məlumatlara görə,
bu il 500 min ton taxıl almaq planlaşdırılır. Bu taxıl, qanunvericiliyə əsasən, çörək məhsullarına daxili qiyməti tənzimləmək üçün istifadə oluna bilər.

Bu il dövlətin bütün taxıl ehtiyatı özəl dəyirmanlara satılıb və buğda ununun qiyməti dörddə bir bahalansa da, çörək-bulka məmulatının qiyməti praktik olaraq dəyişməyib.

(TURAN)
XS
SM
MD
LG