Oktyabrın 19-da Çeçenistan parlamentinə hücum edənlər zərərsizləşdirilib. Çeçen prezidenti Ramzan Kadırov bildirib ki, silahlıların hamısı təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. Ancaq ölən və yaralıların dəqiq sayı açıqlanmır.
Rusiya mətbuatı bildirir ki, iki kamikadze parlament binasının qarşısında özünü partladıb, daha ikisi isə təhlükəsizlik qüvvələri ilə atışmada öldürülüb. Azı 3 polis əməkdaşının həlak olduğu, daha bir neçəsinin isə yaralandığı bildirilir.