Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 20:43

İraqda həlak olan azərbaycanlı zəvvar Nardaranda dəfn olunub

Ötən həftə İraqda partlayış zamanı həlak olan azərbaycanlı zəvvar İntiqam Rüstəmov oktyabrın 19-da Nardaran kənd məzarlığında dəfn edilib. Onun cənazəsi bu gecə Azərbaycana gətirilib.

Zəvvar oktyabrın 13-ü İraqın Diyava vilayətində partlayış zamanı həlak olub, daha bir neçə nəfər yaralanıb.

Azərbaycandan ziyarətə gedən heyətdə 54 zəvvar olub. Onlardan 50-si ziyarəti davam etdirir.

XS
SM
MD
LG