Fransanın 200-dən çox şəhərində etiraz aksiyaları davam edir. Fransızlar pensiya yaşının artırılması planlarına etiraz edirlər.
Nümayişlərə görə, təyyarə və qatarların hərəkətində, məktəb və idarələrin fəaliyyətində fasilələr yaranıb.
Oktyabrın 18-də təxminən 1500 yanacaqdoldurma məntəqəsi Fransanın neft emalı zavodlarında tətilə görə benzinsiz qalıb.
Fransa prezidenti Nikolya Sarkozi dünən büdcə defisiti ilə əlaqədar pensiya yaşını 60-dan 62-yə artırmağı planlaşdırdıqlarını deyib.
Gözlənilir ki, parlament bu həftə pensiya islahatlarını səsə qoyacaq.