Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

Almaniya prezidenti Türkiyəyə gedir


Almaniyanın prezidenti Kristian Vulf oktyabrın 18-də Türkiyəyə beşgünlük səfərə gedir. Bu, Almaniya dövlət başçısının son onilliklərdə Türkiyəyə ilk səfəridir.

Son vaxtlar Almaniyada çoxu türklər olan beş milyon müsəlmanın yerli cəmiyyətə necə inteqrasiya olunması üstündə polemikalar gedir. Bu həftənin sonunda baş nazir Angela Merkel etiraf edib ki, çoxmədəniyyətli Almaniya cəmiyyəti qurmaq siyasəti tamamilə iflasa uğrayıb. Merkel deyir ki, Almaniya köçkünləri qəbul etməyə hazırdır, amma onlar da gərək alman dilini, mədəni normalarını qəbul edələr.

Müsəlmanların intqrasiyası üstündə bu polemika avqust ayında Almaniya Mərkəzi Bankının nümayəndəsinin kitabı ilə başlayıb. O, iddia edirdi ki, kasıb müsəlmanları qəbul etməklə Almaniya getdikcə daha axmaq vəziyyətə düşür. Bu kitabdan sonra elə Baş nazir Angela Merkelin də təzyiqləri ilə o, Mərkəzi Bankdan istefa verib.
XS
SM
MD
LG