Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:43

Polis Qənimət Zahidin qərargahı ilə maraqlanıb


Oktyabrın 17-də bir qrup mülki geyimli polis “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yeni kirayəyə götürdüyü seçki qərargahı ilə maraqlanıb.

Qənimət Zahidin sözlərinə görə, seçki qərargahı ilə əvvəlcə sahə müvəkkili maraqlanıb. Sonra isə qərargaha daha bir neçə nəfər gəlib.

Baş redaktor mülki geyimlilərin seçki qərargahına gəlməsinin səbəblərini soruşduqda onlar bunun yuxarıdan tapşırıq olduğunu bildiriblər.

Qənimət Zahid “AXCP-Müsavat” seçki blokunun 17 saylı Yasamal üçüncü seçki dairəsindən vahid namizədidir. Həmin dairədən 14 nəfərin namizədliyi qeydə alınıb.

XS
SM
MD
LG