Avropa Şurası Parlament Assambleyasının (AŞPA) beş nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 19-dan 21-dək Bakıda seçkiqabağı missiyanı həyata keçirəcək.
Nümayəndə heyəti noyabrın 7-də keçiriləcək parlament seçkilərini izləyəcək, seçki qanunvericiliyini və seçkiqabağı kampaniyanı qiymətləndirəcək.
Nümayəndə heyətinə Pol Villenin (Belçika, Avropa Liberallar və Demokratlar Alyansı) rəhbərlik edir.
Nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri, daxili işlər naziri və seçkilərdə iştirak edən siyasi partiyaların və koalisiyaların nümayəndələri ilə görüşəcək.
Həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri, Konstitusiya Məhkəməsinin sədri, AŞPA-da Azərbaycanın nümayəndə heyəti, Azərbaycanda ATƏT/DTİHB missiyasının rəhbəri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və diplomatlarla görüşlər də planlaşdırılıb.
AŞPA-nın 30 nəfərdən ibarət digər nümayəndə heyəti səsvermə günü ölkədə seçkilərin gedişini müşahidə edəcək.