Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:29

Lyosa ədəbiyyatın gələcəyindən narahatlığını bildirib


2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Peru yazıçısı Mario Varqas Lyosa yalnız kağız kitabları xoşlayır və narahatdır ki, rəqəmsallaşma və elektron kitabların getdikcə populyarlaşdığı dünyada "ədəbiyyat üçün dəyərli olan nələrsə itə bilər".

Lyosa bunu mükafatı alandan sonra Nyu-Yorkda keçiridiyi ilk mətbuat konfransında deyib (Frans Press).

"Ümid etmək istərdim ki, yeni texnologiyaların yaranması kitabların məzmununun bayağılaşmasına səbəb olmayacaq"

Yazıçı inanmaq istərdi ki, ədəbiyyat cəmiyyətin ən ağrılı problemlərini əks etdirməkdə davam edəcək.

"Məncə yeni texnologiyaların kitabların məzmununu dayazlaşdıracağı təhlükəsi mövcuddur.

Əgər biz ədəbiyyatın indiyəcən cəmiyyətdə oynadığı rolu qoruyub saxlamasını istəyriksə, bu həm də bizim özümüzdən asılıdır".

Lyosanın fikrincə, gənc nəsli mütaliəyə həvəsləndirmək lazımdır.

"Gəncləri inandırmaq lazımdır ki, ədəbiyyat yalnız bilik, müəyyən ideya və konsepsiyalarla tanışlıq mənbəyi deyil, həm də qeyri-adi həzdir".

Yazıçı hesab edir ki, "əgər biz gələcəkdə azad yaşamaq istəyiriksə, bunun üçün yaxşı ədəbiyyat fundamental əhəmiyyət daşıyır".

Lyosa düşünür ki, yaxşı ədəbiyyat elə vətəndaşlar yaradır ki, "hakimiyyətdəkilərin onlarla manipulyasiya etməsi çətinləşir".

Yazıçı cəmiyyətin vicdanını yaxşı ədəbiyyat qədər heç nəyin oyada bilmədiyini deyib.

Lyosanın "Keçinin bayramı" romanı
"Məhz buna görə xarakterindən asılı olmayaraq bütün diktatura rejimlərinin gördüyü birinci iş senzura tətbiq etmək olur.

Onlar ədəbi prosesi nəzarətə götürməyə çalışırlar. Çünki ədəbiyyatda özləri üçün təhlükəli rüşeymlər görürlər".

Lyosa mətbuat konfransında onu da deyib ki, Nobel mükafatı onun üçün tam bir sürpriz olub.

Yazıçı ümid edir ki, bu, onun yaradıcılığında yalnız müvəqqəti fasilə yaradacaq.

"Mən ömrümün son günlərinə qədər yazmaqda davam edəcəm.

Düşünmürəm ki, Nobel mükafatı mənim yazılarım, üslubum, mövzularımda dəyişikliklərə səbəb olacaq".

Lyosanın son illərdə çıxan əsərləri "Keçinin bayramı" (2001) və "Pis qız" romanlarıdır.

"Keçinin bayramı" 1930-61-ci illərdə Dominikan Respublikasında diktatorluq etmiş və sonda qətlə yetirilmiş Rafael Trucillio haqqındadır.

"Pis qız" əsəri isə Qustav Floberin "Madam Bovari" romanından təsirlənərək yazılıb.

Bu bir qızı dəlicəsinə sevən, amma sevgilisindən bunun qarşılığını görməyən, istifadə edilərək atılan bir oğlanın faciəsidir.

Hər iki əsər beynəlxalq ədəbi dairələrdə müsbət qarşılanıb.

"Keçinin bayramı" hətta Lyosanın yazdığı ən yaxşı əsərlərdən biri kimi dəyərləndirilib.

Həmçinin oxu

Nobel mükafatı Mario Varqas Lyosaya verildi
M.V.Lyosa. Gənc yazıçıya məktublarından

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG